...

Baş nazir Əli Əsədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

Siyasət Materials 7 Aprel 2023 18:57 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 7-də Qazaxıstan Respublikası Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafı qeyd olunub. Tərəflər ikitərəfli əmtəə dövriyyəsinin artım sürətini müsbət qiymətləndiriblər.

Görüşdə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının gündəliyində duran məsələlərə toxunulub.

Tərəflər, həmçinin ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək perspektivləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti