...

Heydər Əliyev orduya, cəbhədəki əməliyyatlara nəzarəti ələ aldı, ciddi qayda-qanun yaradıldı – Ağalar Əliyev (VİDEO)

Siyasət Materials 2 May 2023 10:49 (UTC +04:00)
Heydər Əliyev orduya, cəbhədəki əməliyyatlara nəzarəti ələ aldı, ciddi qayda-qanun yaradıldı – Ağalar Əliyev (VİDEO)

Bakı. Trend:

1992-93-cü illərdə Qarabağda vəziyyət elə bir idarəolunmaz həddə çatmışdı ki, torpaqlarımız sürətlə işğal olunurdu. Bakıda baş verən hakimiyyət çəkişmələri, xəyanətlər, nizami ordumuzun olmaması, silah-sursat çatışmazlığı hər gün məğlubiyyətlərə səbəb olurdu. Əldə olan silahlar da bəzən bilərəkdən məhv edilirdi.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və 1-ci Qarabağ müharibəsinin veteranı, polkovnik Ağalar Əliyev bildirib.

Onun sözlərinə görə, vəziyyət get-gedə daha da təhlükəli hal alırdı. Ağdamda ezamiyyətdə olarkən çox təhlükəli hadisələrin şahidi olduq.

"Belə bir çətin dövrdə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanı xilas etdi. Heydər Əliyevin qətiyyəti, böyük siyasi təcrübəsi ölkəmizi uçurumun astanasından qaytardı. Heydər Əliyev orduya, cəbhədədki əməliyyatlara nəzarəti ələ aldı, ciddi qayda-qanun yaradıldı. Tədricən ordu quruculuğna başlandı. Belə bir çətin dövrdə atəşkəs müqaviləsinin imzalanması daha böyük təhlükələrin qarşısını aldı. Ulu öndər deyirdi ki, cürətli sülh danşıqları aparmaq üçün qüdrətli orduya malik olmaq lazımdır. Azərbaycan hakimiyyəti iqtisadiyyatı inkişaf etdirməyə, ordu qurmağa başladı. Bugünkü uğurlarımızın təməli həmin illərdə ulu öndər tərəfindən atıldı", - deyə A.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti