...

Qoşulmama Hərəkatına üzv ölkələrin məqsədi müsbət təcrübələrini bölüşməkdir - Misir Xarici İşlər Şurasının sədri

Siyasət Materials 16 May 2023 10:45 (UTC +04:00)
Qoşulmama Hərəkatına üzv ölkələrin məqsədi müsbət təcrübələrini bölüşməkdir - Misir Xarici İşlər Şurasının sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qoşulmama Hərəkatına üzv ölkələrin məqsədi müsbət təcrübələrini bölüşməkdir.

Trend-in məlumatına görə, bu barədə Misir Xarici İşlər Şurasının sədri və Misirin keçmiş xarici işlər naziri Mohamed Abd El-Hay Al-Orabi “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bəzi siyasi təhlükələr, terrorizm, iqlim dəyişikliyi, ərzaq böhranı sərhəd tanımır. Onlarla kompleks şəkildə üzləşməliyik. Bakıda bugünkü tədbir Qoşulmama Hərəkatına üzv ölkələr üçün vacib olan daha geniş məsələlərin müzakirəsi üçün yeni başlanğıc ola bilər”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı beynəlxalq konfrans işə başlayıb. Tədbirdə Qoşulmama Hərəkatına üzv və digər ölkələrdən beyin mərkəzlərinin və xarici siyasət idarələrinin nümayəndələri, diplomatik korpus təmsilçiləri və Azərbaycan hökumətinin nümayəndələr və yerli ekspertlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti