...

Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır - Xorvatiyanın keçmiş prezidenti

Siyasət Materials 26 May 2023 13:40 (UTC +04:00)
Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır - Xorvatiyanın keçmiş prezidenti
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır.

Trend-in məlumatına görə, bunu Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, digər ölkələr, beynəlxalq ictimaiyyət, qarşı tərəf bu məsələdə məsuliyyəti bölüşməli, minadan əziyyət çəkən ölkəyə yardım etməlidir: "Minalardan mülki şəxslər ciddi əziyyət çəkir. Xorvatiyada minatəmizləmə prosesi hələ də davam edir. Bunun əsas səbəbi isə bizim əlimizdə mina xəritələrinin olmaması ilə bağlıdır. Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır. Digər ölkələr, beynəlxalq ictimaiyyət, qarşı tərəf bu məsələdə məsuliyyəti bölüşməli, minadan əziyyət çəkən ölkəyə yardım etməli, minatəmizləmə və quruculuq işlərində qurban ölkəyə yardım etməlidir. Biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq, ona görə də biz yalnız minatəmizləmə ilə məşğul olmaq və minalarla mübarizə aparmaqla yanaşı, ən əsası müharibə, münaqişə deyil, sülh və əməkdaşlıq üçün mübarizə aparmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti