...

Trend-in əməkdaşının məqaləsi Türkiyənin "Yeni Şafak" qəzetində yayımlanıb

Siyasət Materials 26 May 2023 17:52 (UTC +04:00)
Trend-in əməkdaşının məqaləsi Türkiyənin "Yeni Şafak" qəzetində yayımlanıb

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Humay Ağacanovanın məqaləsi Türkiyənin nüfuzlu "Yeni Şafak" gündəlik qəzetində yayımlanıb.

Trend-in məlumatına görə, məqalədə deyilir:

"Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri bir daha Türkiyənin demokratiyaya sarsılmaz sadiqliyinə və davamlı tərəqqisinə güclü sübutdur. Bir sözlə, dövlətin siyasi kampaniyaların azad, ədalətli və şəffaf keçirilməsini təmin etməsi Türkiyəni anti-demokratiklikdə qınamaq istəyənlərin arzusunu ürəyində qoydu.

Seçkilərin birinci turunda olan nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan 49.5 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz səs ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% toplayıb. Heç bir namizəd 50+1 faiz səs toplamadığı üçün ikinci tur seçkilər keçiriləcək.

İndi isə mayın 28-i keçirləcək ikinci tur prezident seçkilərində iki tərəf var. Bir tərəfdə uzun müddətdir səsləndirdiyi seçki vədləri ilə Türkiyənin maraqlarına xidmət edən biri olmayacağını göstərən, bəyanatları ilə Türkiyəni xarici qüvvələrdən asılı salmağın anonusunu verən müxiləfətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu, digər tərəfdə isə hakimiyyətdə olduğu illər ərzində Türkiyənin müstəqil xarici siyasət kursunu formalaşdıran, dünyada söz sahibi, hərbi asılılığı olmayan, NATO-ya üzv dövlətə çevirən Rəcəb Tayyib Ərdoğan.

Türkiyənin "ATA Alyansı"nın prezident namizədi Sinan Oğan ölkədə keçirilən seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlaması da Türkiyə xalqı üçün kimin və nəyin yaxşı olacağının da göstəricisidir.

Türkiyə bu gün tarixinin ən güclü dövrünü yaşayır. Son dövrlərdə müxtəlif sahələrdə inkişaf edərək, dünyada ən qüdrətli dövlətlərdən birinə çevrilib. Müdafiə sənayəsində inkişaf edərək, yerli istehsal TCG Anadolu dron gəmisi , pilotsuz təyyarə Kızılelma, HÜRKUŞ təlim təyyarəsi, döyüş təyyarəsi KAAN, GÖKBEY və ATAK helikopterləri, Altay tankı, və s. kimi milli layihələr Türkiyəyə mühüm nüfuz qazandırdı. Eyni zamanda ilk milli və yerli elektrikli avtomobili TOGG-un istehsalı ölkənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Türkiyə eyni zamanda enerji sahəsində də öz sözünü deyən ölkələrdən birinə çevrilir. Qara dənizdəki təbii qaz və illərdir terror zonası olan Qabar dağında çıxarılan neft Türkiyənin enerji defisitinin mühüm mənbəyini təşkil etdi.

Həmçinin uzun illərdir üz-üzə olduğu ən böyük problem olan terrola mübarizədə ardıcıl əməliyyatlar keçirilərək terror təşkilatı PKK/YPG-yə ağır zərbələr vurulub. Xarici siyasətində isə qonşu və digər ölkələrlə səmimi dostluq münasibətləri xarici siyasət kursunun əsasını təşkil edir . Rusiya-Ukrayna müharibəsində hər iki tərəflə müzakirələr aparılması və uğurlu bir vasitəçi olması, Afrika ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi, Suriya və Liviya kimi mühüm regional mövzularda həm meydanda, həm də masa arxasında iştirak etməsi ilə Türkiyənin Afrika və Orta Asiyadakı rolu daha da artdı. Daxili siyasətində də dövlət heç bir zaman xalqını tək qoymayıb. “Əsrin fəlakəti” adlandırılan, Türkiyənin 11 əyaləti əhatə edən zəlzələdən dərhal sonra həmin ərazilərin yenidən bərpa olunması, zəlzələdən zərərgörən evlərinin bərpası, iş yerlərinin yenidən açılması üçün layihələrə başlanıldı. Bütün bu dinamika, inkişaf heç şüphəsiz Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır .

Azərbaycanla olan münasibətlərdə hazırda tarixinin ən zirvə nöqtəsinə çatıb. İki ölkə arasında olan bu sıx münasibətlər türkdilli dövlətlərə də öz təsirini göstərir. Buna səbəbdə Türkiyənin hazırda iqtisadi, siyasi və bir çox digər sahələrdə inkişaf etmiş ölkə olmasından irəli gəlir.

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. . İkinci turun nəticələri dünyanın gələcək illərdə taleyində, geosiyasi və qlobal proseslərində çox önəmli rola malik olacaq. Həmçinin Türkiyənin yaxın gələcəyini, xarici siyasətini formalaşdıracaq. Buna baxmayaraq, bu seçkilərin taleyi böyük ölçüdə artıq formalaşıb. İlk turun nəticələri göstərir ki, Rəcəb Tayyib Ərdoğan türk xalqının dəstəyini alan bacarıqlı lider olaraq qalır. Bu nəticə türk seçicilərinin etdiyi seçimi əks etdirir. Əhəmiyyətli seçici fəallığı və Ərdoğanın birinci turda rəqibi üzərində üstünlüyü təsdiq edir ki, xalq ikinci turda düzgün qərar verməyə hazırdır. Türkiyə xalqı tərəqqisinə mane olan xarici qüvvələrin manipulyasiyasına imkan verməyəcək.

Nəticə etibarı ilə Türkiyə xalqı öz taleyini xarici təsirlərə həvalə etməyəcək"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti