...

Türkiyə xalqı çox doğru seçim edərək yenidən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə səs verdi - Sevinc Hüseynova

Siyasət Materials 28 May 2023 23:03 (UTC +04:00)
Türkiyə xalqı çox doğru seçim edərək yenidən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə səs verdi - Sevinc Hüseynova

Bakı. Trend:

Türkiyə xalqı çox doğru seçim edərək yenidən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə səs verdi və bununla da Türkiyənin gələcəyini etibarlı zəmanət altına almış oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Türkiyə böyük inkişaf yolu keçib, dünyada lider dövlətrlərdən birinə çevrilib, beynəlxalq aləmdə nüfuzu və mövqeyi xeyli möhkəmlənib.

“Qardaş Türkiyə həm siyasi, həm də iqtisadi müstəvidə böyük nailiyyətlər əldə edib. Bu gün Türkiyə dünyanın güc mərkəzlərindən birinə çevrilib. Dünya dövlətləri, beynəlxalq təşkilatlar regional və qlobal məsələlərdə Türkiyənin mövqeyi ilə hesablaşır, qardaş Türkiyə dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir. Əlbəttə ki, bütün bunlar Prezident Rəcəb Tayyib Ərdoğan apardığı düzgün xarici və daxili siyasət, Türkiyənin iqtisadi, hərbi sənaye və digər sahələrdə sürətli inkişafı sahəsində mümkün olub.

Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində Türkiyədə çox mühüm islahatlar həyata keçirilib. Qardaş Türkiyənin düzgün şəkildə apardığı iqtisadi siyasət hər bir sahədə sürətli şəkildə inkişafa imkan yaradıb. Məhz bu uğurlara görə qardaş Türkiyə xalqı yenidən Rəcəb Tayyib Ərdoğanı prezident seçdi. Hesab edirəm ki, Türkiyə bundan sonra daha böyük uğurlara imza atacaq”, - deyə deputat bildirib.

Deputat əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanla dosluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə böyük önəm verib.

“Azərbaycan və Türkiyə münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən son iyirmi ildə aparılan məqsədyönlü siyasət nəticəsində yeni zirvələrə qalxıb. Bu gün Azərbaycan Türkiyə münasibətləri tarixdə olmadığı qədər inkişaf edib, möhkəmlənib.

“Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əməkdaşlığın strateji yol xəritəsidir. Bu sənəd tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrini daha da sarsılmaz edir. Hesab edirəm ki, bundan sonra da iki qardaş ölkə arasında münasibətlər daha da möhkəmlənəcək və keyfiyyətcə yeni müstəviyə keçəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti