...

Zəngəzur dəhlizi ilə bağlı konkret anlaşma əldə olundu - Rusiya AÇIQLADI

Siyasət Materials 2 İyun 2023 23:50 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə keçirilən Üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

“Rusiyanın çoxtərəfli sazişlərdə, beynəlxalq təşkilatlarda və birliklərdə iştirakı (MDB istisna olmaqla) Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

Rusiya paytaxtında baş tutan iclas Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə keçirilib.

Görüş konstruktiv şəraitdə keçib. Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın rəhbərlərinə məlumat veriləcək. Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti