Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanında dəyişiklik edib.
Trend xəbər verir ki, yeni Fərmana əsasən, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” genişləndirilib.
“Azəristiliktəchizat” ASC-nin adı həmin siyahıya əlavə edilib.