...

Milli Məclisdə Qərbi Azərbaycanla bağlı dinləmə keçiriləcək

Siyasət Materials 8 İyun 2023 17:04 (UTC +04:00)
Milli Məclisdə Qərbi Azərbaycanla bağlı dinləmə keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçiriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, dinləmədə Milli Məclisin deputatları, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbir iştirakçıları Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırıma məruz qalması, bu kimi halların beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşəcəklər, təkliflərini verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti