...

Ermənistan bu dəfə daha sərt cəzalanacaq - Ya əməlləri durulacaq, ya da vurulacaq

Siyasət Materials 14 İyun 2023 12:39 (UTC +04:00)
Ermənistan bu dəfə daha sərt cəzalanacaq - Ya əməlləri durulacaq, ya da vurulacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son aylarda Ermənistan tərəfinin Azərbaycanla sərhəddə həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin intensiv şəkildə pozmaqla bərabər erməni silahlıların Azərbaycana qarşı müqavimət potensialını gücləndirmək üçün uzunmüddətli fortifikasiya qurğuları inşa etdiyi faktdır.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

"Bu faktların dəfələrlə Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilməsi Ermənistan tərəfinə bəyanatların verilməsi də müsbət nəticələr verməyib. Bu azmış kimi indi də Ermənistan tərəfi Naxçıvan istiqamətindən atəşkəsi pozmaqla daha geniş miqyasda təxribatlara hazırlaşdıqlarını nümayiş etdirir. Üzərinə götürdüyü öhdəliklərin heç birini tam şəkildə yerinə yetirməyən, səkkiz kəndimizi işğal altında saxlayan erməni silahlılarını ərazilərimizdən çıxartmayan, sərhədlərin delimitasiya və demorkasiya prosesi ilə bərabər Zəngəzur dəhlizinin açılmasını kifayət qədər ləngidən Ermənistan tərəfi belə təxribatlarla Azərbaycanı daha təsirli, adekvat və səmərəli addımlar atmağa vadar edir. Bu addımların tərkib hissəsi kimi erməni silahlılarına qarşı əks tədbirlərin o cümlədən də cəzalandırma tədbirlərinin keçirilməsi mümkündür. Əgər Ermənistan tərəfi öz fəaliyyətlərində ən yaxın müddətdə ciddi korreksiyalara yol verməzsə, o zaman Azərbaycan tərəfi növbəti dəmir yumruğunu Ermənistan tərəfə nümayiş etdirməli olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti