...

Pakistanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 15 İyun 2023 10:54 (UTC +04:00)
Pakistanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Pakistanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti