...

Deputatlar Bolqarıstan Prezidenti ilə görüşüblər (FOTO)

Siyasət Materials 20 İyun 2023 17:31 (UTC +04:00)
Deputatlar Bolqarıstan Prezidenti ilə görüşüblər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bolqarıstanda səfərdə olan Milli Məclisin deputatları Rauf Əliyev və Ramin Məmmədov iyunun 20-də Mərkəzi və Şərqi Avropa regionunun enerji məsələlərinin ən böyük müzakirə platforması sayılan “Yaşıl Enerjiyə keçid” adlı 3-cü Forumun işində iştirak ediblər.

Trend xəbər verir ki, forumun açılış mərasimində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Bolqatıstan Milli Assambleyasının spikeri Rosen Jelyazkov, Avropa Komissarı Eliza Fereyra, Rumıniyanın Energetika naziri Vircil Popesku, Şimali Makedoniyanın Kənd, Meşə vö Su təsərrüfatları naziri Lyupko Nikolovski, Avropa İttifaqı və Avropa Parlamentinin üzvləri, Beynəlxalq Valyuta Fondu və regional bank nümayəndələri, aparıcı şirkət və tədqiqat mərkəzlərinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Ümumilikdə, Forumun işində Bolqarıstanı, Azərbaycanı, Rumıniyanı, Yunanıstanı, Serbiyanı, ABŞ, Polşanı, Xorvatiyanı, Fransanı, Portuqaliyanı, Şimali Makedoniyanı və Moldovanı təmsil edən 200 çox dövlət, özəl və akademik sektorlarının nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti