Bakı. Trend:
Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.
Görüşqabağı ermənilər mövqelərimizi atəşə tutur. Eyni zamanda bu görüş ərəfəsində Ermənistan hakimiyyəti həqiqətə uyğun olmayan, növbəti dezionformasiyalar yaymaqla Azərbaycanı dünya ictimaiyyəti qarşısında çətin duruma salmaq niyyətini gizlətmir. Bütün bu hadisələr fonunda Brüsseldən sülh sazişi istiqamətində tutarlı bir addım gözləməyə dəyərmi?
Məsələ ilə bağlı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Trend-ə müsahibəsində bildirib ki, istənilən vaxt Azərbaycan Ermənistan tərəfinin təxribatı ilə qarşılaşır və gələcəkdə də bu hadisələr yenidən yaşana bilər.
"Qərb platformasında bir neçə dəfə çox müsbət görüşlər keçirilib. Belə ki, Nikol Paşinyan məhz Brüssel və Vaşinqtondakı görüşlərdən sonra Qarabağın Azərbaycan torpağı olmasını sözdə də olsa etiraf etdiyinin şahidi olduq", - deyə o bildirib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: