...

Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşdü

Siyasət Materials 18 Avqust 2023 20:56 (UTC +04:00)
Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşdü

Bakı. Trend:

Bu gün Beynəlxalq Xəzər günü ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb.

Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Rusiya XİN rəhbəri Azərbaycanın səfiri Polad Bülbüloğlu, İranın səfiri Kazem Cəlali, Qazaxıstanın səfiri Dauren Abayev və Türkmənistanın səfiri Batır Niyazlıyevlə görüş keçirib.

Görüşdə S.Lavrov Xəzər dənizi ətrafında mövcud məsələlər haqqında geniş məlumat verib, Xəzərin dayazlaşması probleminə toxunaraq, sözügedən problemin Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin 29 iyun tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qaldırıldığını xatırladıb.

Həmçinin, Xəzər regionunda çoxşaxəli əməkdaşlıq məsələlərinin geniş spektri ətrafında fikir mübadiləsi aparılıb, Xəzəryanı dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsi üzrə gələcək addımlar, o cümlədən, xarici işlər nazirlərinin keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti