...

Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin görüşü keçiriləcək

Siyasət Materials 21 Avqust 2023 11:08 (UTC +04:00)
Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin görüşü keçiriləcək

Bakı. Trend:

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada görüşü keçiriləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Xəzər günü münasibətilə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə görüşü zamanı deyib.

Görüş zamanı Xəzər regionunda çoxtərəfli əməkdaşlığa dair geniş spektrli məsələlər ətrafında müvafiq fikir mübadiləsi aparılıb. “Beşlik” formatında əməkdaşlığın inkişafı üzrə gələcək addımlar, o cümlədən, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın və Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş digər beştərəfli sənədlərin müddəalarının praktiki icrasının müzakirəsinin vacibliyinə diqqət çəkilib.

Xatırladaq ki, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov avqustun 12-də Avazada keçirilən “Xəzər dənizi – Sülh və Dostluq dənizi” konfransında bu görüşün əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti