...

Çox gözəl hisslər yaşayıram - Laçına qayıdan sakin

Siyasət Materials 29 Avqust 2023 09:34 (UTC +04:00)
Çox gözəl hisslər yaşayıram - Laçına qayıdan sakin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Laçından çıxanda 35 yaşım var idi, indi 66. Çox gözəl hisslər yaşayıram.

Bunu Trend-ə bu gün Laçın şəhərinə geri qayıdan Elsevər Məmiyev deyib.

O bildirib ki, indi nəvələri ilə geri qayıdır.

“Laçına getmək xəbərin eşidəndən bəri neçə gündür sevincimdən yata bilmirəm. Laçından çıxanda övladlarım balaca idi, indi ailəlidirlər.

Allah Prezidentimiz İlham Əliyevin, qazilərimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət etsin. Onlar imkan yaratdı ki, biz doğma Laçınımıza qayıdaq”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Avqustun 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 52 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti