Bakı. Trend:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə məhv edilmiş Füzuli şəhərinin görüntülərini paylaşıb.
Trend-in məlumatına görə, diplomat “X” (tvitter) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, bunu qonşumuz Ermənistan edib və bu qəbildən olan sübutlar sonsuz saydadır.
“Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh əlini uzatdı. Lakin buna baxmayaraq, yenə də Ermənistan tərəfdən aqressiya ilə üzləşdi. Geri qalanı siz mühakimə edin”, - səfir paylaşımında əlavə edib.