Bakı. Trend:
Tofiq Məmmədəli oğlu Ağababayev “Şöhrət” ordeni ilə təltif edilib.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Tofiq Ağababayev Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.