Bakı. Trend:
Bu gün Ermənistan ilə Rusiya arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. İki ölkənin rəsmiləri bir birilərinə qarşılıqlı ittihamlar səsləndirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib ki, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz. N.Paşinyan bildirib ki, Ermənistanın bu vəziyyətdə strategiyası başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır.
Proseslər onu göstərir ki, Ermənistan Rusiyadan imtina edərək tam qərbyönümlü siyasət həyata keçirir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısına anti-Rusiya fəaliyyəti ilə bağlı tezislər qoymuşdular.
“Həmin dövrdə səsləndirilən fikirlər özünü daha sonrakı zaman kəsiyində qabarıq şəkildə biruzə verdi. Paşinyanın bütün təxribatlarının, atdığı addımların təməlində o dayanırdı ki, Ermənistan cəmiyyətinə mesaj versin ki, Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir və Ermənistan Rusiyanın orbitindən kənara çıxmalıdır”, - deyə E.Mirzəbəyli qeyd edib.
Daha geniş videomüsahibəni təqdim edirik: