Bakı. Trend:
Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əhali vaxtilə Azərbaycan vətəndaşları olublar və onlar gərək indi də Azərbaycan vətəndaşları kimi yaşamaq yolun seçsinlər.
Bunu Trend-ə Azərbaycan Talış icmasının rəhbəri İmamverdi Həmidov deyib.
O qeyd edib ki, tarixən Azərbaycanda müxtəlif xalqlar mehriban şəraitdə birgə yaşayıblar.
“Hətta ədəbi əsərlərdə də bu öz əksini tapıb. Kitabi Dədə Qorqudda, Nizaminin, Xəqaninin, Hüseyn Cavidin əsərlərində də bu həqiqət dəqiq şəkildə təsbit edilib.
Yaxın keçmişdə Qarabağda məskunlaşdırılmış ermənilər də bu həqiqəti qəbul etməlidirlər ki, azərbaycanlılar ürəyi açıq xalqdır. Bu torpaqlarda müxtəlif xalqlar birgə yaşayırlar.
Azərbaycanda bütün xalqlar öz mədəniyyətlərin inkişaf etdirir. Ermənilər də gərək öz həyatlarını bu istiqamətdə qursunlar. Yoxsa düşmənçiliklə, revanşizmlə heç nəyə nail ola bilməzlər. Azərbaycanda yaşayan bütün xalqlar arasında möhkəm birlik var. 44 günlük Vətən müharibəsi də bunu göstərdi. Qarabağda məskunlaşdırılmış ermənilər bizim bu çağırışı qəbul etməlidirlər”, - deyə o əlavə edib.