...

Ermənilər yaşayış məntəqələri istiqamətindəki mövqelərimizə atəş açdı

Siyasət Materials 16 Sentyabr 2023 07:45 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti