...

Ermənistan indi Xocalı faciəsinin cəzasını çəkir və çəkəcək - Ərdoğan

Siyasət Materials 26 Sentyabr 2023 14:18 (UTC +04:00)
Ermənistan indi Xocalı faciəsinin cəzasını çəkir və çəkəcək - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan indi Xocalı qətliamının cəzasını çəkir və çəkəcək

Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

"Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı torpaqlarından didərgin düşdü. İndi 10 illər sonra Azərbaycan bu qətliamın hesabını soruşdu. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa - Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu haqqını tanımırdı. Nəhayət, Azərbaycan öz işini həll etdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibi azərbaycanlılar.

Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, əmin-amanlıq gətirir. İllər əvvəl erməni quldur dəstələri kimi ora girmədi. Azərbaycan layiq olduğu sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq vaxtıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır ", - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti