...

Azərbaycan Qarabağdakı erməni sakinlərə daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırdır - XİN

Siyasət Materials 28 Sentyabr 2023 13:11 (UTC +04:00)
Azərbaycan Qarabağdakı erməni sakinlərə daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırdır - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz bir daha bildiririk ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

"Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq. Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir və Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır", - deyə qeyd edilib.

Xatırladaq ki, bu gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti