...

Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir

Siyasət Materials 2 Oktyabr 2023 12:36 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

“Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” layihəyə əsasən təşkilat Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti