...

Ermənilərin Gəncəyə ilk raket hücumundan 3 il ötür (FOTO)

Siyasət Materials 4 Oktyabr 2023 15:34 (UTC +04:00)
Ermənilərin Gəncəyə ilk raket hücumundan 3 il ötür (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.

Trend xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü.

Nəticədə 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olmuşdu, 32 mülki şəxs isə yaralanmışdı. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəymişdi.

Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində ötən il 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Ermənistanın bu qanlı hücumu nəticəsində şəhid olanlar və yaralananlar arasında uşaqlar və qadınlar da olub.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan ötən gecə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti