...

Fransa XİN başçısı diplomatiyadan bixəbərdir - Ömer Çelik

Siyasət Materials 4 Oktyabr 2023 17:50 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa xarici işlər naziri Ermənistan səfəri ilə bağlı sosial şəbəkə paylaşımında Ağrı dağının görüntüsündən istifadə edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

"Əgər bu cahillikdən qaynaqlanmırsa, çox böyük bir yanlışdır. Bu siyasətdən, diplomatiyadan bixəbər olduğunu, Qarabağın əsl sahibinə qayıtdığından narahat olduğunu və erməni diasporunun sözçüsü kimi davrandığını göstərir. O paylaşım silinməlidir", - deyə Ö.Çelik qeyd edib.

Qranadada keçirilməli olan görüşdən bəhs edən Ö.Çelik Türkiyənin iştirak etməməsi məsələsinə toxunub.

"Qranadada toplanacaq masada Türkiyənin olmasının mənası budur ki, Avropa Birliyi Qarabağın əsl sahiblərinə qayıtmasından narahatdır və erməni diasporunun tələbləri ilə siyasi profil yaratmağa çalışırlar.

Həqiqətən regionda sülh istəyənlər o masada Türkiyənin olmasını istəyər. Amma bunu niyə etmirlər? Məqsəd yenə təktərəfli, ədalətsiz siyasətlərini davam etdirməkdir", - deyə Ö.Çelik əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib.

buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Qeyd edək ki, ötən gün İrəvana səfərə gələn Fransa XİN başçısı Ketrin Kolona yenidən anti-Azərbaycan bəyanatları ilə diqqət mərkəzinə düşüb. "Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək" deyən Fransa dövlət rəsmisi Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti gərginləşdirməyə hesablanmış bu açıqlamaları yalnız Ermənistanın militarizasiya prosesini sürətləndirməyə xidmət edir.

Bunlar azmış kimi Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistandakı görüşlərində saxta “blokada” və “məcburi köçürmə” hekayəsini təkrarlaması sülhə xidmət etmir. Onun “Fransa hər zaman Ermənistanın tərəfindədir” ifadələri nəhayət ki, Fransanın vicdanlı vasitəçi və neytral vasitəçi olmaq iddialarının reallığı əks etdirməyini nümayiş etdirdi. Fransa XİN başçısının Ermənistanı silahlaındırmaq istiqamətində etdiyi açıqlamalar isə rəsmi Parisin əsl niyyətinin, məqsədinin nədən ibarət olduğunu növbəti dəfə ortaya qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti