Bakı. Trend:
Azərbaycan sentyabrın 19-da başlatdığı və cəmi bir günə yekunlaşdırdığı antiterror tədbirləri ilə öz ərazi suverenliyini tam bərpa etdi. Keçirilən uğurlu əməliyyatın nəticələri göz önündədir. Hər kəs də anlayır ki, Azərbaycan bu tədbirləri keçirməyə məcbur oldu, 30 il danışıqlar aparan Azərbaycan 3 il də səbr edib danışıqlar apardı. Amma əvəzində nə gördük?! Təxribat, terrorçuluq, ərazi iddiaları və s.
Gələk, “qəhrəmanımız” Əli Kərimliyə, antiterror tədbirlərinin ilk günündə Ə. Kərimlinin paylaşdığı postu sizə təqdim edirik:
Ə.Kərimli əməliyyatın başladığından təssüfləndiyini və bunun Rusiyanın oyunu olduğunu açıqladı və Brüssel formatından ağız dolusu bəhs edib. Guya Brüsseldə baş verənlərdən Azərbaycan ictimaiyyəti xəbərsizdir. Hansı ki, Fransanın Ermənistana necə dəstək olduğundan Azərbaycanda kiçik uşaq da xəbərdardır. Həmin görüşlərdən Ermənistanın necə istifadə etdiyi, Azərbaycana təzyiq vasitəsi kimi faydalanmağa çalışdığı ortada idi. Lakin Azərbaycan Prezidenti siyasi iradə nümayiş etdirdi və heç bir halda Azərbayan xalqının maraqlarına zidd olan məsələ də heç kimlə razılaşmadı.
Qərbin Ə.Kərimli kimi alətlərdən çox funksiyalı istifadə etdiyi də reallıqdır. Bu yolla onlar ölkədə daxili təzyiq yaratmaq istəyirlər.
Yuxarıdakı paylaşımda Ə.Kərimli absurd məntiq nümayiş edərək, gülünc iddia ortaya qoymuşdu. Separatçıları Rusiya dəstəkləyir və Azərbaycan separatçılara qarşı antiterror tədbirləri başladır və Rusiya ilə də eyni tərəfdədir. İddia olduqca uğursuz idi, birinci tərəf ikinci tərəfi təkzib edirdi. Digər tərəfdən Ə.Kərimli və havadarları prosesin bu qədər sürətli və qəti nəticələnəcəyini də hesablamamışdılar. Ə.Kərimli özü də inanmırdı ki, Azərbaycan bir günə antiterror tədbirlərini bitirib, separatçıları təslim olmağa məcbur edə bilər.
Bu variantın uğursuz olduğunu anlayan Kərimli indi yeni metod işə salıb, ictimaiyyəti yanlış yönə istiqamətləndirməyə çalışır. Aydındır ki, bir günə həll edilən məsələdə Azərbaycanı tənqid etmək qeyri-mümkündür, çünki nəticə gözönündədir. Separatçılar təslim olub, tərkisilah edildi, Azərbaycan öz suverenliyini tam təmin etdi. Artıq burdan Ə.Kərimliyə mövzu çıxmırdı.
Ə.Kərimli yenidən qayıdıb köhnə taktikasına – sosial durumdan, inkişafdan danışmağa. Azərbaycanı SSRİ ilə, Ermənistanı isə Yaponiya və Almaniya ilə müqayisə etməyə. Buna bəlkə ermənilər özləri də gülər. Bu gün sosial durumu acınacaqlı vəziyyətdə olan erməniyə desələr ki, siz bir neçə ildən sonra Yaponiya kimi olacaqsız, yəqin bu sözləri deyəni təhqir edərlər.
Heç bir resursu, istehsalı, iqtisadi dayanıqlılığı olmayan, daim kimlərinsə maraqlarında alət olan Ermənistan necə Almaniya, Yaponiya ola bilər?!
Ə.Kərimli fikrini onunla əsaslandırır ki, Almaniya və Yaponiya İkinci Dünya Müharibəsindəki məğlubiyyətə baxmayaraq, tezliklə inkişaf etdilər və müharibədə qalib gələn ruslardan daha yaxşı yaşamağa başladılar.
Ə.Kərimlinin nəzərinə çatdırırıq ki, Almaniya və Yaponiya İkinci Dünya Müharibəsindən əvvəl də güclü iqtisadiyyata, sənayeyə sahib idilər, SSRİ vətəndaşları isə elə müharibədən əvvəl də firavanlıq içərisində yaşamırdılar. Alamaniya və Yaponiya müharibədə ciddi məğlubiyyətə uğradılar, amma əvvəlki iqtisadiyyatı, sənayeni bərpa etməyi də bacardılar, çünki bu onlarda onsuz da var idi. Ermənistanda isə vəziyyət tamamilə əksdir, ölkədə iqtisadi sabitlik, siyasi müstəqillik heç zaman olmayıb, ölkə daim kimlərinsə kölgəsində dolanıb.
Ə.Kərimli kəsərsiz fikirləri, manipulyasiya cəhdləri ilə indiyə qədər heç nəticəyə nail ola bilməyib. Artıq ictimaiyyət onun kim olduğunu və kimlərin marağına xidmət etdiyini anlayır. Ağaları deyir sür dərəyə, o da sürür.