...

Beynəlxalq Ədalət Məhkəməsində Qarabağın müzakirə edilməsi ikili standartların bariz nümunəsidir - ŞƏRH

Siyasət Materials 13 Oktyabr 2023 19:33 (UTC +04:00)
Beynəlxalq Ədalət Məhkəməsində Qarabağın müzakirə edilməsi ikili standartların bariz nümunəsidir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Qarabağ məsələsinin müzakirə edilməsi ikili standartların bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin araşdırma aparmadan, hər hansı bir fakta söykənmədən Ermənistanın Azərbaycana qarşı əsassız iddiasını müzakirəyə çıxarması təəssüf doğurur.

“Azərbaycan Qarabağ ərazisində yaşayan erməni sakinlərinin orada qalıb yaşamaları üçün lazımi şəraitin yaradılacağını, onların Azərbaycan vətəndaşları kimi bütün konstitusion hüquqlardan yararlanacağını bəyan edib və eyni zamanda, erməni sakinlərin orada qalıb yaşaması üçün əməli tədbirlər həyata keçirib.

Məlumdur ki, Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda və Xocalıda keçirilən görüşlər zamanı erməni nümayəndələrin müraciətləri əsasında Qarabağda yaşayan erməni sakinlər üçün lazımi humanitar yardım, yanacaq, təcili yardım göndərilib, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir.

Azərbaycanın erməni sakinlər üçün bu qədər humanist tədbirlər həyata keçirdiyi halda BMT Beynəlxalq Ədalət Məhkəməsinin ermənilərə qarşı guya “etnik təmizləmə” həyata keçirilməsi haqqında əsassız və uydurma iddianı müzakirəyə çıxarması təəssüf doğurur.

Qarabağı tərk edən ermənilər isə özləri könüllü şəkildə oranı tərk etdiklərini bildiriblər və bununla bağlı kifayət qədər faktlar, videolar var. Məgər BMT Beynəlxalq Ədalət Məhkəməsi bütün bunları görmür?! Əlbəttə, görür, özü də hər şeydən lap yaxşı məlumatlıdır. Hətta 2 dəfə BMT missiyası ərazilərə səfər edib və Azərbaycan onların səfəri üçün bütün lazımi şəraiti yaradıb. Bütün bunlara rəğmən, əsassız və uydurma iddianın müzakirəyə çıxarılması BMT Beynəlxalq Ədalət Məhkəməsinin ikili standartlardan çıxış etdiyini göstərir”, - deyə deputat bildirib.

O qeyd edib ki, əgər BMT ədalətli təşkilatdırsa, Qarabağla bağlı qətnamələrinin 30 il kağız üzərində qalmasına imkan verməzdi.

“Amma təəssüf ki, bu qətnamələrin icrası BMT-nin maraqları çərçivəsində deyildi və sonunda Azərbaycan öz gücü ilə ərazilərini erməni işğalından azad etdi.

Hətta işğal dövründə Azərbaycan BMT-yə müraciət etsə də, təşkilat heç bir missiya göndərmədi. BMT-nin gözü qarşısında hər şey dağıdıldı, mədəni və dini irsimiz məhv edildi, şəhərlər və kəndlər yer üzündən silindi. Amma bu faktları görmək üçün heç bir missiya ərazilərə baş çəkmədi. İndi isə BMT utanmadan Azərbaycanda qalıb monitorinq keçirmək istəyir. Bu, açıq diskriminasiya və ikili yanaşma deməkdir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti