...

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini ləğv edib

Siyasət Materials 16 Oktyabr 2023 20:45 (UTC +04:00)
Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini ləğv edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin Əsgəran rayonu ərazisində daha bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib.

Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti