...

Sülhməramlıların Şuşadakı müşahidə məntəqəsi bağlandı

Siyasət Materials 3 Noyabr 2023 21:16 (UTC +04:00)
Sülhməramlıların Şuşadakı müşahidə məntəqəsi bağlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Müşahidə məntəqəsinin Şuşa rayonu ərazisində yerləşdiyi bildirilib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti