...

Azərbaycan tərəfindən bu cür bəyanatlar eşitməmişik - Kremldən Ermənistanın Azərbaycana qarşı ittihamlarına REAKSİYA

Siyasət Materials 20 Noyabr 2023 15:05 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya "Qərbi Azərbaycan" konsepsiyası irəli sürməsi ilə bağlı iddialarına fikir bildirib.

Trend xəbər verir ki, Kreml nümayəndəsi bu barədə jurnalistlərə deyib.

O, Nikol Paşinyanın iddialıarına cavab olaraq, Azərbaycan tərəfindən dövlət səviyyəsində bu cür bəyanatlar eşitmədiyini deyib.

"Biz Azərbaycan rəhbərliyindən tamamilə fərqli bəyanatlar eşitmişik. Bu bəyanatlarda məhz bir mərhələni bitirərək sülh sazişinin imzalanmasına hazırlıq mərhələsinə keçidin vacib olduğu deyilir", - Kreml nümayəndəsi bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti