...

Ermənistan Azərbaycanın sülh sazişi üzrə növbəti təklifinə cavab verib

Siyasət Materials 21 Noyabr 2023 15:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinə cavab verib.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqlamasından sonra Ermənistan tərəfinin sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycana təqdim etdiyi və bundan əvvəl bəyan olunmuş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiq olduğu deyilir.

Xatırladaq ki, noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Azərbaycan və Ermənistanın sülh sazişinin əsas prinsipləri üzrə razılığa gəldiyini bildirib.

“Bu, mənim Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərim nəticəsində Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verdi”, - deyə Paşinyan əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti