...

Ermənistana sülh sazişi layihəsinə öz şərhlərini təqdim etmək üçün 2,5 aydan çox vaxt lazım olub - XİN

Siyasət Materials 30 Noyabr 2023 21:35 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistana sülh sazişi layihəsinə öz şərhlərini təqdim etmək üçün 2,5 aydan çox vaxt lazım olub.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclasında deyib.

“Azərbaycan Ermənistanla ərazi bütövlüyünə hörmət əsasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib.Təəssüf ki, Azərbaycanın sülhə birmənalı sadiqliyinə baxmayaraq, bu proses ləngimələrlə üzləşir”, - nazir bildirib.

Bayramov qeyd edib ki, Azərbaycan sazişin imzalanması üzrə birbaşa danışıqların tezliklə bərpasına sadiqdir.

"Biz açıq şəkildə Ermənistanı ümumi dövlət sərhədində və ya qərəzsiz ölkədə görüşməyə dəvət etmişik. Biz inanırıq ki, Azərbaycan və Ermənistan üçün yaxşı münasibətlər qurmaq və iki dövlət kimi dinc yaşamaq üçün tarixi imkan var”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti