...

Bütün dünyaya çatdırılan Azərbaycan xəbərlərinin 40 faizinin müəllifi "Trend" BİA olması böyük əhəmiyyət daşıyır - Sahil Kərimli (VİDEO)

Siyasət Materials 2 Dekabr 2023 09:52 (UTC +04:00)
Bütün dünyaya çatdırılan Azərbaycan xəbərlərinin 40 faizinin müəllifi "Trend" BİA olması böyük əhəmiyyət daşıyır - Sahil Kərimli (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Ermənistanın hərbi-siyasi rəhbərliyi, rəsmiləri Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində hansısa Qərb dairələrində özlərinə havadarlar axtarırlar. Tez-tez ABŞ, Avropaya səfərlər edirlər və guya hansısa məsləhətləşmələr, danışıqlar aparmağa çalışırlar. Azərbaycan dövlətinin siyasəti birmənalıdır: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması, sənədlərin qarşılıqlı tanınmasıdır. Bir çox məsələlərin həllində yegnanə çıxış yolu tərəflərin təkbətək, heç bir vasitəçi olmadan danışıqlar aparmasıdır".

Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli ARB 24-ə açıqlamasında deyib.

Siyasi şərhçi onu da vurğulayıb ki, Azərbaycana qarşı böhtan, qarayaxma kampaniyalarının aparılmasına qarşı informasiya müharibəsinin nə dərəcədə önəmli olduğunu son illər çox yaxşı gördük. S.Kərimli Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub. Onun sözlərinə görə, Ermənistan tərəfi unudur ki, danışıqların yeganə tərəfi Azərbaycandır:

"Həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm Tovuz hadisələrində, həm də sonrakı dövrlərdə informasiya müharibəsinin önəminin şahidi olduq. Azərbaycan dövləti və paralel olaraq KİV-ləri, nəhəng media qurumlarımız uğurlu işlər görüb. Əlavə edim ki, 44 günlük müharibədə Prezident İlham Əliyevin bir neçə cəbhədə necə döyüşdüyünün, döyüş meydanlarına rəhbərlik etdiyinin, dünyanın bir çox nüfuzlu televiziyalarına, informasiya agentliklərinin nümayəndələrinə gündə bir neçə dildə müsahibələr verməsi media qurumlarının qarşısına çox ciddi vəzifələr qoyurdu. Biz öz növbəmizdə bu günə qədər Azərbaycan həqiqətlərinin, ədalətin dünyaya çatdırılmasına öz töhvəmizi verək.

Təmsil etdiyim "Trend" Beynəlxalq İnformasiya Agentliyi də "Evolution Consulting" konsaltinq şirkətinin 2023-cü ilin oktyabr ayında dərc etdiyi hesabata əsasən Azərbaycan xəbərlərinin dünya auditoriyasına çatdırılmasında 40 faizdən çox Trend agentliyin xəbərlərinə istinad olunub. Agentlikdə daha çox ingilis dilli xəbərlərdən söhbət gedir. "Trend" BİA Azərbaycanın perspektivlərinin dünya auditoriyasına çatdırılmasında həlledici rol oynamaqla bu göstəricinin artmasına mühüm töhfə verib".

Verlişdə həmçinin HƏMAS-İsrail məsələləri də müzakirə olunub. Sahil Kərimli qeyd edib ki, tərəflər daha çox taym-aut, humanitar məsələlərin həlli, əraziyə humanitar yardımların çatdırılması və bu istiqamətdə hər iki tərəf üçün bu məsələlər çox önəmli idi.

"Çox təəssüf ki, bu gün o atəşkəs pozuldu. Bundan sonra nələrin baş verəcəyini demək çox çətindir. Çünki israil bir addım geriyə çəkildi və yenidən yüksək sürətlə hərbi əməliyyatlara başladı. Döyüş əməliyyatlarının davam etdiyi ərazilərdə hələ də mülki vətəndaşlar, günahsız, silahsız insanlar məskunlaşıblar. Həmin vətəndaşların o ərazidən çıxarılmasından da heç söhbət getmir. Burada böyük əməliyyatlar keçiriləcəksə, biz yenə də dinc insanların həlak olmasının, qətliama məruz qalmasının şahidi olacağıq. Bu kimi məslələrdə dini, irqi kənara qoymalıyıq. Daha çox insan faktorunu irəli çəkməliyik. Bu istiqamətdə bütün dünya, beynəlxalq təşkilatlar hər iki tərəfə çağırışlar etməli, müəyyən təyziqlər olmalıdır ki, hərbi əməliyatlar dayandırılsın. Təbii ki, İsrail HƏMAS-ın komandirlərini, böyük rütbəli hərbçilərini məhv etmək məqsədini qarşısına qoyub. Əgər hərbi əməliyyatlar uzanacaqsa, burda böyük itkilər olacaq.

Hesab edirəm ki, yaxın günlərdə atəşkəsdən danışmaq absurddur. Çünki İsrail çox qərarlıdır. Hətta vəziyyət o yerə çatıb ki, İsraildə mülki vətəndaşlar da silahlandırılır. Bu da təhlükləli prosesdir", - deyə siyasi şərhçi əlavə edib.

"İsrail-HƏMAS müharibəsinin hansı zamanda və tezliklə başa çatacağı barədə fikirlər səsləndirmək çətindir, belə bir ehtimal azdır. Çünki bir neçə gün bundan əvvəl atəşkəs barədə razılıq əldə edildikdə böyük ehtimal var idi ki, bu atəşkəs qısa müddətdə çəkəcək", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti