...

Azərbaycanla siyasi təzyiq dilində danışmaq ABŞ-nin maraqlarına uyğun deyil (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 8 Dekabr 2023 21:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaranmış soyuq münasibətlər artıq müsbət məcraya qayıdır. Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və ABŞ-də bu reallığı qəbul edir. ABŞ-də müəyyən anlaşılmazlıqlar yaranmışdı, Azərbaycan öz prinsipial mövqeyini ortaya qoydu ki, bu tərzdə Azərbaycanla münasibətləri davam etdirmək mümkün deyil. ABŞ Dövlət Departamentinin Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin Azərbaycana səfəri bu xüsusda önəm daşıyır.

Məsələni Trend-ə şərh edən siyasi ekspert Turab Rzayev bildirib ki, Ceyms O’Brayenin ölkəmizə səfərindən sonra ABŞ və Azərbaycan arasında bir çox məsələlərdə yumşalma olacaq.

"Yəqin ki, Azərbaycan tərəfi də müəyyən kompromisə gedəcək. ABŞ başa düşür ki, Azərbaycanla siyasi təzyiq dilində danışmaq öz maraqlarına da uyğun deyil. Bunun nəticəsində ortaq məxrəcə gəlmək olar. Xoş münasibətlərin olması ABŞ-nin də maraqlarına uyğundur. Ceyms O’Brayenin ölkəmizə səfəri uğurludur",- deyə ekspert qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti