Bakı. Trend:
Hakan Fidanla İsrail-HƏMAS münaqişəsi barədə müzakirələr apardıq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken öz sosial media hesabından paylaşım edib.
“Fidanla İsrail-Həmas münaqişəsini, münaqişənin bölgənin başqa yerlərinə yayılmaması üçün səyləri, qalan girovların azad edilməsinin zəruriliyini və humanitar yardımın göstərilməsini müzakirə etdik” – deyə o qeyd edib.
Blinken bildirib ki, İsveçin NATO-ya üzvlüyünün təxirə salınmadan təsdiqlənməsi vacibdir.
“Amerikalı həmkarlarımıza Qəzzadakı vəziyyətlə bağlı mövqeyimizi çox açıq şəkildə təqdim edirik. Biz onlara (ABŞ-a) buradakı vəziyyətin ciddiliyini, artıq tolerantlığın olmadığını və bununla bağlı hansı addımların atılmasının lazım olduğunu bildirdik”- deyə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, Türkiyənin, İsveçin NATO-ya üzvlüyü məsələsindəki mövqeyi bəllidir.
“NATO-da aparılan danışıqlar nəticəsində üçtərəfli sammitdə prezidentimiz və İsveçin baş naziri olub və nəticədə üzərində işlədiyimiz məsələlər var. Növbəti qərar Türkiyə Böyük Millət Məclisinindir" – deyə Fidan vurğulayıb.