...

Prezident İlham Əliyev Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib

Siyasət Materials 10 Dekabr 2023 14:01 (UTC +04:00)
Prezident İlham Əliyev Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Niş. Trend:

Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib.

Trend xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Gələcək planlarımız təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır və əsas bizim hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti