Bakı. Trend:
Ermənistanla Azərbaycan arasında münasibələrin normallaşması istiqamətində tarixi imkan yaranıb.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hazrda Azərbaycan Ermənistandan alınan sülh şərhləri üzərində rəyini formalaşdırır və yaxın vaxtlarda Ermənistana təqdim edəcək.
“Azərbaycan və Türkiyə hesab edir ki, regionda qonşular sülh şəraitində yaşamalıdır. Gözləntimiz ondan ibarətdir ki, Ermənistan da eyni yanaşma ilə addımlar atacaq”, - deyə nazir əlav edib.