Bakı. Trend:
Yeni Kaledoniya gənclərinin məqsədi müstəmləkəçiliklə mübarizə üçün birləşməkdən ibarətdir.
Trend xəbər verir ki, bunu Tio Rəssamlar Assosiasiyasının prezidenti (Yeni Kaledoniya) Aleks Loik Oue "Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər" adlı konfransda çıxışında deyib.
"Əfsuslar olsun ki, Yeni Kaledoniya gəncləri bütün ölkədə müxtəlif qruplara ayrılıb. Gənclərin bir hissəsi ənənəvi sistem və adətlər çərçivəsində tərbiyə olunur. İkinci hissə böyük şəhərlrin ərazisində yaşayır və Qərb sisteminin təsirinə daha çox meyllidir. Üçüncü qrup isə Qərb və ənənəvi mədəniyyətlər arasındadır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, müstəmləkəçilik Kaledoniya xalqına fərqli təsir göstərib.
"Lakin buna baxmayaraq ki, bizdə etnik, mədəni və mənəvi kodlar özünü qoruyub saxlayır", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfrans Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (NAM Youth Organization) tərəfindən təşkil olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)