...

Səhər saatlarından xeyli sayda vətəndaş seçki məntəqələrinə gəlir - Məntəqə sədri

Siyasət Materials 7 Fevral 2024 12:24 (UTC +04:00)
Səhər saatlarından xeyli sayda vətəndaş seçki məntəqələrinə gəlir - Məntəqə sədri
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan vətəndaşları Prezident seçkilərində yüksək fəallıq və iştirak etmək arzusunu nümayiş etdirərək səhər tezdən seçici seçki məntəqələrinə gəlirlər.

Bu sözləri Trend-ə 29 saylı Sabunçu 4-cü seçki dairəsi Zabrat kəndi 307 saylı orta məktəbində təşkil edilmiş 34 saylı seçki məntəqəsinin sədri Nizami Qasımzadə deyib.

Onun sözlərinə görə, məntəqələrdə seçkilər çox uğurla keçir, çoxlu sayda vətəndaş öz parlaq gələcəyinə səs verməyə gəlir.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti