...

Azərbaycanda seçkilər mədəni, şəffaf və ədalətli keçdi - Mərmərə Vəqfinin rəhbəri

Siyasət Materials 8 Fevral 2024 10:32 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda seçkilər mədəni, şəffaf və ədalətli keçdi.

Trend xəbər verir ki, bunu Türkiyə Mərmərə Vəqfinin rəhbəri Akkan Suver Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

“Ötən gün baş tutan seçkilərdə 42 ayrı məntəqəni ziyarət etdik. Xarici ölkəd, xüsusilə Avropa ölkələrində müşahidəçi qismində olmuşam. Azərbaycanda seçkilər mədəni, şəffaf və ədalətli keçdi. Xalqın böyük qismi səbirlə sıralarda gözləyərək, səsvermə hüququndan istifadə etdi. Qarabağ dastanından sonra Azərbaycan yeni bir demokratik dastan yaşadı. Seçim zamanı müşahidə etdiyimiz digər xoş nüans məntəqələrdə vətəndaşların gülərüzlə qarşılanması oldu.

Dünən baş tutan səsvermə yalnız Azərbaycan üçün yox, bölgə və Türk dünyası üçün önəmli bir hadisədir.

Şuşada, Qarabağda, Xankəndidə müşahidə edə bildiyimiz üçün Türk dünyası adından Prezident İlham Əliyevə təşəkkür edirik”, - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Xəbər lenti

Xəbər lenti