Bakı. Trend:
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və beynəlxalq kollektivi adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik edim.
Sizin növbədənkənar prezident seçkilərində qazandığınız qələbə ölkənin, o cümlədən milli elmin və beynəlxalq əlaqələrin dinamik inkişafı üzrə həyata keçirdiyiniz kursa geniş xalq dəstəyinin göstəricisidir.
Fürsətdən istifadə edərək bildirirəm ki, Sizin rəhbərliyiniz altında və hərtərəfli dəstəyiniz sayəsində respublikada aparılan elmi tədqiqatlar yüksək və dayanıqlı inkişaf templəri nümayiş etdirir. Bu tendensiya Azərbaycanın alimləri və gənc mütəxəssislərinin bizim institutun bazasında həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrdə uğurlu iştirakında da öz təsdiqini tapır.
Əminəm ki, gələcəkdə də elmi tərəfdaşlığımızın möhkəmləndirilməsi kadrların hazırlanması üçün istiqamət spektrlərini genişləndirməyə, Azərbaycanın və Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna digər üzv dövlətlərin maraqlarına uyğun fundamental və tətbiqi tədqiqatların aparılmasına imkan verəcəkdir.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və xalqınızın rifahı naminə böyük uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına isə sabitlik, sülh və əmin-amanlıq arzulayıram".