...

Maldiv Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 27 Fevral 2024 09:19 (UTC +04:00)
Maldiv Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət göstərəcəyik. Əminəm ki, ölkələrimizin xalqlarının rifahı naminə əlaqələrimizi dərinləşdirmək üçün birgə işləyə bilərik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Xəbər lenti

Xəbər lenti