...

Qazaxıstan və Azərbaycan qlobal miqyasda layihələr həyata keçirir - Səfir

Siyasət Materials 13 Mart 2024 17:38 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan qlobal miqyasda layihələr həyata keçirir - Səfir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan və Azərbaycan təkcə hər iki ölkə üçün mühüm olan deyil, qlobal miqyasda əhəmiyyət kəsb edən layihələr həyata keçirir.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Ekspertlər Şursının üçüncü iclası çərçivəsində dəyirmi masada deyib.

"Qazaxıstan və Azərbaycan təkcə bizim üçün deyil, qlobal miqyasda mühüm olan layihələr həyata keçirir. Orta Dəhlizdə də yaxşı artım müşahidə olunur. 2022-ci ildə ikiqat, ötən il isə 65 faiz artım müşahid olunub", - o deyib.

Səfirin sözlərinə görə, ötən il Azərbaycan ərazisindən Qazaxıstan nefti və uranının nəqli başlayıb.

"Xəzər dənizinin dibi ilə Avropa ilə Çini birləşdirəcək fiberoptik rabitə xəttinin çəkilməsi üzərində çalışırıq. Həmçinin, Xəzər dənizinin dibi ilə kabel çəkməklə Qazaxıstandan Avropaya elektrik enerjisinin ixrac imkanını müzakirə etməyə başlamışıq", - deyə səfir qeyd edib.

Alim Bayel ölkələrin investisiya fondu yaratdıqlarına da toxunub.

"Birinci mərhələdə kapital 300 milyon ABŞ dolları olacaq. Fond vasitəsilə öz ölkələrimiz və üçüncü ölkələrin ərazisində birgə layihələri maliyyələşdirəcəyik. Prioritet nəqliyyat və logistika, eləcə də, energetika olacaq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti