Bakı. Trend:
BMT yalnızca müəyyən münaqişələri diqqətdə saxlayır.
Trend xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
“Dünyada münaqişələrin sayı çoxdur və artır. Bu böhranları və münaqişələrinin birini digərindən üstün görməli deyilik. İnsan həyatlarını düşünməliyik.
Böhranın idarə edilməsi gün keçdikcə fərqlənir. Gələcəkdə böhranın həll yolu üçün köhnə yanaşmalardan istifadə etməməliyik. Biz BMT olaraq böhranları idarə edə bilmirik. Bu, insanların həyatını 90 faiz təhlükədə qoyur. Biz sadəcə danışırıq, əməldə isə heç nə göstərmirik”, - deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.
