...

Avropa İttifaqı daha çox strateji düşüncəyə malik olmalıdır - QDİƏT-in baş katibi

Siyasət Materials 16 Mart 2024 10:24 (UTC +04:00)
Avropa İttifaqı daha çox strateji düşüncəyə malik olmalıdır - QDİƏT-in baş katibi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı daha çox strateji düşüncəyə malik olmalıdır.

Trend xəbər verir ki, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Avropa İttifaqının etibarlılığı bir sualdan asılıdır. Qonşularına qarşı necə davranır? Avropa İttifaqı Yaxın Şərqlə bağlı daha düzgün siyasət yürütməlidir.

Biz ilk növbədə həmrəylik göstərməliyik. Sərhədyanı əməkdaşlıq təşviq edilməlidir. Bununla bağlı Avropa İttifaqı tərəfindən təşəbbüs göstərilməlidir”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti