...

Ermənistan parlamentinin spikeri Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb

Siyasət Materials 27 Mart 2024 18:47 (UTC +04:00)
Ermənistan parlamentinin spikeri Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

Trend xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərlə söhbətində danışıb.

"Biz buranın Ermənistan ərazisi olduğunu sübut edəcək insanlar axtarırıq. Tavuş sakinləri Ermənistan və Azərbaycan arasında xəttin harada olduğunu bilirlər", - o deyib.

Simonyan əlavə edib ki, xəritədə Ermənistan sərhədinin hər metrini göstərə bilər.

"Gürcüstana gedən yolda biz hətta dayanıb hansı ərazilərin Azərbaycana məxsus olduğunu göstərdik", - deyə Simonyan qeyd edib.

Qeyd edək ki, bu yaxında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edərsə, həftənin sonunadək müharibə başlaya bilər.

"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında görüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizim məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyan deyib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Bğanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti