...

Qırğızıstan Ağdamda orta məktəb inşa edəcək

Siyasət Materials 9 Aprel 2024 12:46 (UTC +04:00)
Qırğızıstan Ağdamda  orta məktəb inşa edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Ağdamın Xıdırlı kəndində orta məktəb inşa edəcək.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

Nazir Ceenbek Kulubayev Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu, əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti