...

Paşinyan Şoltsla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Siyasət Materials 9 Aprel 2024 17:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.

Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üzrə prinsiplərin təhrif edilməsinin yolverilməz olduğunu bildirib.

Xatırladaq ki, Nikol Paşinyan aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündən əvvəl mətbuat konfransında Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına sadiq olduğunu deyib.

"Azərbaycanla 1991-ci il Almatı bəyannaməsi çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşmasına sadiqik. Biz həmçinin sərhədlərin delimitasiyası və tranzit marşrutlarının açılmasının tam tərəfdarıyıq", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti