...

Sülhməramlıların Qarabağı vaxtından əvvəl tərk etməsinin ƏSL SƏBƏBİ (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 19 Aprel 2024 20:20 (UTC +04:00)
Sülhməramlıların Qarabağı vaxtından əvvəl tərk etməsinin ƏSL SƏBƏBİ (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etməsini şərtləndirən bir neçə amillər var idi. Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində bütün separatçıları zərərsizləşdirdi və qanunsuz erməni silahlı dəstələri ərazilərimizdən tam çıxarıldı. Artıq həmin ərazilərdə təhlükəsizlik Azərbaycan tərəfindən yüksək səviyyədə təmin edilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, prinsipal və qətiyyətli siyasətinin nəticəsidir.

“Rusiya sülhməramlıları razılaşdırılmış müddətdən əvvəl Azərbaycanı tərk edirlər. Buna səbəb Azərbaycanın həyata keçirdiyi siyasət, bütün torpaqlarımızın azad edilməsidir. Eyni zamanda burada digər məsələ Azərbaycan-Rusiya münasibətləridir. Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri var və bu münasibətlər davamlı inkişaf edir”, - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti